Zərrabın ifadəsi: "Gündə 1 ton qızıl satırdım, xəstəyəm"
Rza Zərrab ifadəsində isə hər gün 1 ton qızıl satdığını deyib. O, bildirib ki, bunun üçün dostlarının rəsmilərlə münasibətlərindən istifadə edib. Ancaq Rza Zərrab bu məsələdə hansısa qanunsuz məqamlar olması iddialarını rədd edir. Onun sözlərinə görə, əldə edilən pullar banklar vasitəsilə heç bir qaranlıq əməliyyat olmadan ölkəyə gətirilib və çıxarılıb.
R.Zərrab ifadəsində bir sıra polis rəhbərlərinin və qəzetçilərin ondan rüşvət istədiyini də dilə gətirib. Onun sözlərinə görə, bəzən əməliyyatlar zamanı sənədlər qaydasında olsa da gecikmələr olub. R.Zərrab iddia edib ki, bu zaman polis qəzetçilərə xəbər sızdırır və o saxta dövriyyə ilə məşğul olması xəbərləri ilə təhdid edilirmiş. Zərrab “biz saxtakarlıq etmədik” deyərək ona qarşı yönələn ittihamları rədd edib.
Bundan əlavə Rza Zərrab ifadəsində təcili olaraq müalicə almalı olduğunu da söyləyib: “Təcili olaraq kimya terapiya qəbul etməliyəm. Mənim böyrəyimin üstündə şiş var. Xərçəng diaqnozu qoyulub. Xəstəxanada müayinə zamanı bu 4 günlük müddət ərzində şişin 1 sm böyüdüyü aydın oldu. Mən buna təcili olaraq müdaxilə etdirib kimya terapiyaya başlamalıyam. Bu xəstəliklə əlaqəli də bütün sənədlərim var. Xəstaxanada da bu diaqnoz dəqiqləşdirildi”.
Teqlər: