Gürcüstanın sabiq Baş Naziri vəfat edib

 Gürcüstanın sabiq Baş Naziri vəfat edib
  22 Yanvar 2020    Oxunub:3013
Gürcüstanın keçmiş Baş Naziri Tenqiz Siqua dünyasını dəyişib.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, sabiq hökumət rəhbəri 85 yaşında vəfat edib.

O, 90-cı illərdə Gürcüstanın ən ağır dönəmində ölkənin Baş Naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, Tengiz Siqua 1990-cı ilin 15 noyabr tarixindən 1991-ci ilin 18 avqustuna kimi Gürcüstanın Nazirlər Şurasının sədri olub. Qamsaxurdiya devrildikdən sonra müvəqqəti olaraq Baş Nazir vəzifəsini icra edən Siqua 1992-ci ildə parlament tərəfindən bu posta təsdiqlənib. 6 avqust 1993-cü ildə parlamentin hökumətin təqdim etdiyi büdcəni rədd etməsindən sonra istefa verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Baş-Nazir  





Xəbər lenti