AXCP-nin sabiq funksioneri: “Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” - VİDEO

AXCP-nin sabiq funksioneri:  “Əli Kərimli cəbhəçiləri şantaj edib mitinqlərə çıxarırdı” -  VİDEO
  22 Yanvar 2020    Oxunub:7995
Əli Kərimli AXCP-də diktatura rejimi qurub, partiya nümayəndələrini şantaj edir, insanların mənəviyyatı ilə oynayır.
Bunu Azvision.az-a müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev deyib. AXCP-də tutduğu vəzifədən qanunsuz olaraq uzaqlaşdırıldığını deyən A.Əliyev Əli Kərimli ilə bağlı ciddi ittihamlar irəli sürüb və bir müddət əvvəl ondan məhkəməyə şikayət edib.



"Məhkəməyə müraciət etməyimə səbəb Əli Kərimlinin partiyanın nizamnaməsini pozaraq məni vəzifəmdən uzaqlaşdırmasıdır. Məni heç bir səbəb, dəlil olmadan illərlə xidmət etdiyim partiyadan kənarlaşdırdılar. Səbəbini açıqlamadılar ki, niyə belə addım atıblar. Əli Kərimli özünü partiyada Şimali Koreyanın rəhbəri kimi aparır. Demokratiya tələb edən partiyada insanların hüquqlarını tapdalayırlar. Əli Kərimli partiyadan qanunsuz işlər görmək üçün istifadə edir. AXCP sanki onun şəxsi mülkidir", - deyə A.Əliyev bildirib.

Əli Kərimlinin xarici səfirlərlə gizli görüşlər keçirdiyini deyən AXCP-nin keçmiş funksionerinin sözlərinə görə, partiya rəhbərliyi sıravi üzvləri yalan vədlərlə aldadaraq onları öz oyunlarına alət edib:

"Bizə yalan vədlər verib, icazəsiz mitinqlərə çıxarırdılar. Partiyada heç kimin Əli Kərimliyə sual verməyə cəsarəti çatmır. Ən yaxşı halda həmin şəxs partiya sıralarından xaric edilir. Ən pis halda isə satqın damğası vururlar. Partiya illərdir üzvləri ödənişsiz qəbul edir. Bunun özü nizamnamənin kobud şəkildə pozulması deməkdir. Çünki nizamnamədə göstərilir ki, aylıq ianə ödəyən şəxslər partiya sıralarında ola bilər. Başqa bir sual ortaya çıxır: əgər ianə yoxdursa, gəlir yoxdursa, Əli Kərimli oğlunu xaricdə bahalı universtitetdə necə oxutdurdu? Bu sualı ona heç kəs verə bilmir. Əli Kərimlinin oğlu kollecdə oxuyanda, mənim qızım həmin kollecin yanında göyərti satırdı".

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: AXCP   Əli-Kərimli  





Xəbər lenti