Xüsusi İstintaq Xidməti Tovmasyanın telefon danışıqlarını dinləyir

Xüsusi İstintaq Xidməti Tovmasyanın telefon danışıqlarını dinləyir
  22 Yanvar 2020    Oxunub:1939
Ermənistanın Xüsusi İstintaq Xidməti Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın telefon danışıqlarını dinləməyə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, müstəntiq onun danışıqlarının mətnini müvafiq mobil operatordan götürmək və telefon danışıqlarını dinləmək üçün məhkəməyə ərizə ilə müraciət edib. Lakin birinci instansiya məhkəməsi vəsatəti rədd edib, Apellyasiya məhkəməsi isə ərizəni təmin edib.

Qeyd edək ki, Tovmasyan sabiq prezident Robert Koçaryanla yaxınlığına görə baş nazir Nikol Paşinyanın qəzəbinə tuş gəlib. Konstitusiya Məhkəməsinin sədrinə Paşinyanın göstərişi ilə cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti