İrəvanda hakimin kabineti atəşə tutulub

İrəvanda hakimin kabineti atəşə tutulub
  22 Yanvar 2020    Oxunub:2262
İrəvanda naməlum şəxslər Kentron və Nork-Maraş rayonlarının hakimi Tatevik Qriqoryanın kabinetini atəşə tutub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, nəticədə otağın şüşələri sınıb. Hakim polisə zəng edərək hadisə barədə məlumat verib.

Polis hadisə yerindən güllə aşkarlayaraq, nümunələri məhkəmə və kimyəvi ekspertiza üçün götürüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İrəvan   Məhkəmə  





Xəbər lenti