Yunanıstanda ilk dəfə qadın Prezident seçildi

 Yunanıstanda ilk dəfə qadın Prezident seçildi
  22 Yanvar 2020    Oxunub:2670
Yunanıstan Ali Məhkəməsinin sədri Yekaterina Sakellaropulu ölkə Prezidenti seçilib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında ölkə parlamenti xanım Ekaterini Sakellaropulunun namizədliyini dəstəkləyib.

Parlamentdəki 300 deputatdan 200-dən çoxu ona etimad göstərib. Sakellaropulu Yunanıstanda ilk qadın Prezident kimi tarixə düşüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yunanıstan   Prezident  





Xəbər lenti