Saleh və Tramp İraqdakı vəziyyəti müzakirə edib

Saleh və Tramp İraqdakı vəziyyəti müzakirə edib
  22 Yanvar 2020    Oxunub:2223
Bu gün ABŞ və İraq prezidentləri Donald Trampla Barham Saleh Davosda görüşüblər.
Azvision.az İraq mətbuatına istinadən xəbər verir ki, görüşdə prezidentlər ölkədəki xarici qoşunların azaldılması və İraq xalqının milli suverenliyinin qorunması tələblərinə hörmət etməyin vacibliyini vurğulayıblar. Həmçinin, təhlükəsizlik və sabitliyin təmini məsələsi diqqətdə saxlanılıb.

Xatırladaq ki, İraq parlamenti yanvarın 5-də keçirilən fövqəladə iclasda xarici qoşunların ölkədən çıxarılmasına dair qərar qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   ABŞ   Prezident  





Xəbər lenti