Tripoli hava limanı raketlə vuruldu

 Tripoli hava limanı raketlə vuruldu
  22 Yanvar 2020    Oxunub:2165
Liviyanın paytaxtı Tripolidəki “Mitiqa” hava limanı raket atəşinə məruz qalıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Mitiqa” Beynəlxalq Hava Limanı raket atəşinə məruz qaldığı üçün fəaliyyətini dayandırıb. Vəziyyəti nəzərə alaraq, Tunisdən gələn təyyarə “Misrat” hava limanına enib.

“Mitiqa” Liviyanın şərqindəki general Xəlifə Haftarın və Milli Razılıq hökuməti qüvvələri arasında davam edən hərbi qarşıdurma ilə əlaqədar müntəzəm olaraq atəşə tutulur.

Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu yanvarın 8-də Tripoli üzərindən uçuş zonasının genişləndirildiyini elan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Liviya   Havalimanı  





Xəbər lenti