“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi

“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi
  23 Yanvar 2020    Oxunub:3021
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" klubu növbəti yoxlama oyununda gücünü sınayıb.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi Qazaxıstanın "Jetısu" komandası ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Matçda vurulan yeganə qola Mahir Emreli imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama oyununda Rumıniyanın "Akedemika Klinçeni" klubu ilə heç-heçə (2:2) edib.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti