“Paşinyanın imicini qısaca xarakterizə etsək, bu, səriştəsizlikdir” - Rusiyalı ekspert

 “Paşinyanın imicini qısaca xarakterizə etsək, bu, səriştəsizlikdir” -  Rusiyalı ekspert
  23 Yanvar 2020    Oxunub:2936
Ermənistanın hazırkı rəhbərliyinə etimad azalmaqda davam edir. Əgər Rusiya nöqteyi-nəzərindən iki sözlə Ermənistan rəhbərliyinin imicini xarakterizə etsək, bu, gözlənilməzlik və səriştəsizlikdir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsi üzrə eksperti Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin birbaşa ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) müraciət edərək keçmiş prezident Serj Sarkisyanın ölkənin dövlət aktivlərini qanunsuz köçürməsi ilə bağlı bir növ “sirri” aşkarlaması üçün kömək istəməsindən danışmağa dəyməz.

"Təbii olaraq bir sual yaranır: Paşinyanın rəhbərliyi altında Ermənistanın xüsusi xidmət orqanları özləri necə, işləməyi unudublar? Xüsusən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Vanetsyanla baş vermiş insdentdən sonra. Niyə rəsmi İrəvanın, eyni zamanda avtomatik olaraq Ermənistanın KTMT-yə üzvlüyü nəzərə alınaraq, bu hərbi-siyasi blokun sirləri amerkanlara açılmalıdır? Bu, ciddi narahatlıq doğurur.

Buna görə də, belə fonda Ermənistan üçün qaz qiymətləri məsələsi ən azı üçüncü dərəcəli görünür. Yuxarıda dediklərimlə əlaqəli deyil. Ancaq hansısa mərhələdə birbaşa əlaqənin olacağını da istisna etmirəm. Buna baxmayaraq, bu məsələ siyasətlə deyil, iqtisadiyyatla bağlıdır. Bildiyimiz kimi, bütövlükdə iqtisadi vəziyyət indi o qədər də əlverişli deyil. Ermənistan problemin digər tərəfini də başa düşməlidir: Rusiya qazı olmasa, başqa bir tərəf oxşar xammal ilə ən azı ikiqat tariflə təmin etməyə hazır olacaq", - deyə ekspert əlavə edib.

Trofimçuk vurğulayıb ki, Rusiya Federasiyasının yüksək səviyyəli nümayəndələrinin Ermənistana rəsmi səfərlərindən narahat olmağa dəyməz, bu səfərlər olub və olacaqdır:

"Bu cür ziyarətlər arasındakı fasilələri saymaq sadəcə mənasız olardı, mənim fikrimcə, bunlar Moskvanın İrəvana münasibətdə mövqeyinin dəyişməsi ilə əlaqəli olmayan məsələlərdir. Düşünürəm ki, əgər Paşinyan qəti şəkildə Moskvanı qane etmirsə, bunu ona birbaşa söyləmək üçün variant tapmaq olar, burada gizlətməli heç bir şey yoxdur".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ekspert   Paşinyan  





Xəbər lenti