Kolumbiya səfirliyi Bakıda Qəhvə Festivalı keçirir

Kolumbiya səfirliyi Bakıda Qəhvə Festivalı keçirir
  23 Yanvar 2020    Oxunub:4298
Kolumbiyanın Azərbaycandakı səfirliyi 24-26 yanvar tarixlərində Beynəlxalq Qəhvə Assosiasiyasının (SCA) təşəbbüsü çərçivəsində II Bakı Qəhvə və Çay Festivalı keçirir.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, festival zamanı təzə hazırlanmış Kolumbiya qəhvəsinin nümunələri təqdim ediləcək. Həmçinin, tədbir iştirakçılarına Kolumbiyanın qəhvə bölgələri, qəhvə hazırlanması barədə məlumat veriləcək.

Festivalda məqsəd Azərbaycanda qəhvə mədəniyyətinin təbliği, Kolumbiya məhsullarının tanıdılması, Qafqaza qəhvə ixracının artırılmasına imkan verəcək şirkətlərin və nəqliyyat yollarının müəyyənləşdirilməsidir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kolumbiya   Səfirlik  





Xəbər lenti