Putinin İsrailə səfəri başlayıb

Putinin İsrailə səfəri başlayıb
  23 Yanvar 2020    Oxunub:2219
Rusiya Prezidenti Vladimir Putinin İsrailə səfəri başlayıb.
Azvision.az xəbər verir ki, səfər çərçivəsində Putin İsrail Prezidenti Reuven Rivlin və Baş nazir Binyamin Netanyahu ilə görüşəcək, eyni zamanda Holokost beynəlxalq forumunda iştirak edəcək.

Əvvəlcə Rusiya liderinin İsrailə səfəri iki gün nəzərdə tutulurdu, amma hökumətdə baş vermiş dəyişikliklərdən sonra səfər bir günə endirilib.

Qeyd edək ki, Putini səfərdə Xarici İşlər naziri Sergey Lavrov müşayiət edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   İsrail   Səfər  





Xəbər lenti