Kameron Soçi oyunların boykot etmədi...amma getməyəcək

Kameron Soçi oyunların boykot etmədi...amma getməyəcək
  22 Dekabr 2013    Oxunub:911
Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edi ki, Rusiyanın Soçi şəhərində keçiriləcəak qış Olimpiya oyunlarına getməyəcək. Musavat.com xəbər verir ki, məlumatı The Independent yayıb.

Bununla belə nəşr qeyd edir ki, Devid Kemeronun qərarı Rusiyada insan hüquqlarına riayət edilməməsi ilə bağlı deyil: “Baş nazir diplomatiya, qarşılıqlı əlaqə siyasətinə inanır. O, hesab etmir ki, boykot və geniş jestlərlə nəyəsə nail olmaq mümkündür”.

Məlumata görə, Soçiyə gedəcək Britaniya nümayəndə heyətinə mədəniyyət və idman üzrə dövlət nazirləri daxildir. Amma nümayəndə heyətinin yekun tərkibi hələ məlum deyil.

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland da Soçiyə getməyəcəyini bildirib.


Teqlər:





Xəbər lenti