Putin qardaşının ölümündən danışdı - VİDEO

Putin qardaşının ölümündən danışdı -   VİDEO
  24 Yanvar 2020    Oxunub:3802
Bu gün İsraildə səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Leninqradın mühasirəsi zamanı ölən qardaşından danışıb.
Azvision.az -ın məlumatına görə, Putin Böyük Vətən Müharibəsində mühasirəyə alınan Leninqrad sakinləri və müdafiəçiləri üçün abidənin açılışında deyib ki, bu faciə onun ailəsindən də yan keçməyib.



"Atam cəbhədə öz doğma şəhərini qoruyurdu, anam isə mühasirəyə alınan şəhərdə 42-ci ilin qışında ölən və Peterburqda Piskarevski Memorial qəbiristanlığında dəfn olunan uşağı ilə qalmışdı. Minlərlə, yüz minlərlə digər şəhər sakinlərinin arasında. Heç bir sənəd Böyük Vətən Müharibəsi zamanı insanların həqiqətən yaşadıqlarını çatdıra bilməz", - deyə Putin vurğulayıb.

Azvision.az



Teqlər: Putin  





Xəbər lenti