Yeni virusa yoluxanların sayı 853-ə çatıb, 26 nəfər ölüb

 Yeni virusa yoluxanların sayı 853-ə çatıb,  26 nəfər ölüb
  24 Yanvar 2020    Oxunub:2946
Çində yeni növ koronavirusa yoluxanların sayı 853-ə, ölənlərin sayı 26 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.

Çin Maliyyə Nazirliyi koronavirusdan zərər çəkmiş Xubei vilayətinə kömək etmək üçün 1 milyard yuan (təxminən 144 milyon ABŞ dolları) ayırıb.

Bundan əlavə, Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da virusa yoluxma halları təsdiqlənib.

Azvision.az



Teqlər: Çin  





Xəbər lenti