Hubey əyaləti ciddi karantin altına alınıb

Hubey əyaləti ciddi karantin altına alınıb
  24 Yanvar 2020    Oxunub:3710
Çinin Hubey əyaləti koronavirusun geniş yayılması səbəbindən ciddi karantin altına alınıb.
Azvision.az xəbər verir ki, bu addım epidemiyanın qarşısının alınması məqsədilə atılıb.

Xatırladaq ki, dekabrın sonunda Çin hakimiyyəti Hubey əyalətindəki Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin yayıldığını açıqlayıb. Hazırda ölkə üzrə bu virusa yoluxanların sayı 850 nəfəri keçib.

Virus artıq Çindən kənarda da aşkar edilib. Belə ki, Cənubi Koreya, Yaponiya, ABŞ, Vyetnam, Sinqapur və Taylandda epidemiyanın yayıldığı barədə məlumatlar var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Virus  





Xəbər lenti