Nazir oğullarının ifadəsi yayıldı

Nazir oğullarının ifadəsi yayıldı
  22 Dekabr 2013    Oxunub:905
Türkiyədə rüşvət əməliyyatı zamanı saxlanılan nazir övladlarının məhkəmədəki ifadələri yayılıb. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər məhkəmədə bəyan edib ki, həbs olunsa, etibarı zədələnəcək.

Barış Gülər hakim qarşısında bildirib ki, heç bir cinayətkar qrupun üzvü olmayıb. O, saxlanılanlardan Rüçhan Bayarla uzaq qohum olduğunu deyib və Rza Zərrabla onun vasitəsilə tanış olduğunu açıqlayıb. Rüçhan Bayarda Gülər ailəsinin pulu olub: “O, iflas etdi və pulu qaytara bilmədi. Bir müddət sonra onun Rza Zərrabın yanında işlədiyini eşitdim. Rza Zərrabla görüşdük və Rüçhan Bayarın maaşından kəsilmək şərtilə pulun bir hissəsini ödədi. Bundan başqa heç bir əlaqəmiz olmayıb”.

“Mənim əleyhimə heç bir ifadə yoxdur. 40 ildir bu dövlətə xidmət edən birinin oğlu olaraq utancverici işlərə qarışmayaczağım hər kəsə məlumdur. Azadlığa buraxılmağımı tələb edirəm”, - Barış Gülər məhkəmədə bəyan edib.

İqtisadiyyat naziri Zəfər Çağlanın oğlu Salih Kaan Çağlayan isə bildirib ki, Rza Zərrabla ailə dostu olublar. “8 ay əvvəl həyat yoldaşı toyumda səhnə almışdı. Sağ olsun, yalnız səhnə xərcini aldı, başqa ödəniş tələb etmədi. Rza Zərrabın özü dostluğumuzla əlaqədar bir kostyum almışdı. Rüşvət almaq və ya verməkdən söhbət gedə bilməz”.

Salih Kaan Çağlayan onu da bildirib ki, atasının işlərinə qarışmayıb və öz biznesi ilə maraqlanıb.

Nazir oğlu qızıl qaçaqmalçılığı ilə əlaqəsinin olmadığını bəyan edib.


Teqlər:





Xəbər lenti