Suriya ordusu onlarla yaraqlı məhv edib

Suriya ordusu onlarla yaraqlı məhv edib
  22 Dekabr 2013    Oxunub:881
AzVision.az SANA agentliyinə istinadən xəbər verir ki, Suriya hərbçiləri şənbə günü əslən başqa ölkələrdən olan onlarla yaraqlı məhv edib.

"Duma, Yabrud, Maalyulya və Zabadani şəhər və yaşayış məntəqələrində xüsusi əməliyyat zamanı aralarında Səudiyyə Ərəbistan və Livan vətəndaşları olan onlarla yaraqlı məhv edilib. Duma rayonunda hərbçilərin keçirdiyi anti-terror əməliyyatı nəticəsində silah və döyüş sursatı ilə birlikdə silahlı birləşmənin sığınacağı dağıdılıb. Muzdlular ləğv edilib: Əfqanıstandan - Məhəmməd Xan, Türkiyədən - Həsən Oğlu, Fələstindən - Ömər Hicazi", - Suriya ordusunun məlumatında deyilir.


Teqlər:





Xəbər lenti