Suriya ordusu As-Samkaya nəzarəti bərpa edib

Suriya ordusu As-Samkaya nəzarəti bərpa edib
  24 Yanvar 2020    Oxunub:1860
Suriya ordusunun bölmələri terrorçuların ələ keçirdiyi İdlib əyalətinin cənub-şərqindəki As-Samka yaşayış məntəqəsinə nəzarəti bərpa edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hökumət qüvvələri Maaret Numan bölgəsində “Cebhat əl-Nusra” qruplaşmasının və müttəfiq terror təşkilatları yaraqlılarının genişmiqyaslı hücum cəhdinin qarşısını ala bilib.

“Ordu hücuma keçib və “As-Samka”ya nəzarəti ələ keçirib, onu yaraqlılardan tamamilə təmizləyib", - deyə məlumatda qeyd olunub.

Yaşayış məntəqələrini terrorçulardan təmizləmək üçün Əl-Təh - Əbu-Dreyf istiqamətində də Bəşər Əsəd ordusunun əməliyyatı davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti