Koronavirusa yoluxanlar üçün 6 günə xəstəxana tikiləcək

Koronavirusa yoluxanlar üçün 6 günə xəstəxana tikiləcək
  24 Yanvar 2020    Oxunub:3042
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə yoluxanların sayının artması ilə əlaqədar Uxan şəhərində 6 günə 1000 çarpayılıq xüsusi mobil xəstəxana tikiləcək.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, xəsətəxananın ümumi sahəsi 25 min kv.m. olacaq.

Qeyd edək ki, Çində koronavirusun yeni növünə yoluxanların sayı durmadan artır. Bu virus səbəbindən 26 nəfər ölüb. Xubey vilayətində, Şanxayda və paytaxt Pekində 1-ci səviyyədə fövqəladə hazırlıq vəziyyəti elan olunub.

Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Sinqapur və ABŞ-da bu virusa yoluxma faktları təsdiqlənib. Bir neçə ölkədə isə virusa yoluxması şübhəli olan şəxslər müayinəyə cəlb olunub.

Azvision.az


Teqlər: Çin  





Xəbər lenti