Elmə məlum olmayan yeni viruslar aşkarlanıb

Elmə məlum olmayan yeni viruslar aşkarlanıb
  24 Yanvar 2020    Oxunub:4240
Alimlər Tibetin “Quliya” buzluğundakı nümunələrin tədqiqi nəticəsində əksəriyyəti müasir elmə məlum olmayan viruslar aşkar ediblər.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər tərəfindən 15 min və 520 min illik buz nümunələri araşdırılıb.

Nümunələr xüsusi hazırlanmış texnika vasitəsilə müasir mikroorqanizmlərin izlərindən təmizlənib. Mütəxəssislər qədim buzlarda 28-i əvvəllər məlum olmayan 33 qrup virusun DNT qalıqlarını tapıblar.

Qeyd olunub ki, virusların insanlar üçün heç bir təhlükəsi yoxdur. DNT virusları heç kimə sirayət edə bilməz. Tədqiqatlar yalnız onların təkamülünü ətraflı öyrənmək üçün lazımdır və əldə edilən biliklər sayəsində oxşar viruslara qarşı vaksinlərin hazırlanması nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, bu cür virusların mənşəyini öyrənmək əhəmiyyətlidir. Belə ki, iqlim dəyişikliyi nəticəsində dağıdıcı patogenlər ətraf mühitə yayıla bilər. Çünki, 2016-cı ildə buzaqların əriməsi nəticəsində "qara yara"ya yoluxan maral cəsədi 2000 min maralın ölümünə və 96 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Buna görə belə virusları öyrənmək çox vacibdir.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti