Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı

Koronavirusa yoluxanların sayı 913 nəfərə çatdı
  25 Yanvar 2020    Oxunub:2980
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 913 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, virusa yoluxanlardan 897-si Çində qeydə alınıb. Onlardan 26 nəfəri dünyasını dəyişib.

Virusa ən çox yoluxma, eləcə də ölüm halları Xubey vilayətində (549 nəfər yoluxma, 24 ölüm halı) baş verib.

Xatırladaq ki, Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.

Azvision.az



Teqlər: Çin   Virus   Koronavirus  





Xəbər lenti