Misir universitetində `Azərbaycan günü`

Misir universitetində `Azərbaycan günü`
  22 Dekabr 2013    Oxunub:1316
Azərbaycanın Misirdəki səfirliyi Qahirə Universitetində "Azərbaycan günü" təşkil edib.
Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin tələbələrinin iştirakı ilə "Azərbaycan günü" təşkil olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev tələbələrə respublikamız barədə geniş məlumat verib. Diplomat Azərbaycanın müstəqilliyinin ilk vaxtlarında üzləşdiyini böyük çətinliklərdən, eləcədə ölkəmizin hazırda tutduğu mövqedən söz açıb. Diplomatın çıxışını maraqla izləyən misirli tələbələr tədbirdə fəal iştirak ediblər. Onların Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatına dair çoxsaylı sualları səfir Şahin Abdullayev tərəfindən ətraflı cavablandırılıb.

Sonda Azərbaycandan bəhs edən film nümayiş olunub.


Teqlər:





Xəbər lenti