Ərdoğandan zəlzələ açıqlaması: “Millətimizin yanındayıq”
O qeyd edib ki, Ətraf mühit və şəhərsalma, daxili işlər, səhiyyə nazirləri zəlzələ bölgəsinə göndərilib.
“Türkiyə Prezidenti olaraq işləri yaxından izləyirik. Bütün qurum və təşkilatlarımızla, xüsusən də Qızılay və Fövqəladə Halların İdarəolunması Agentliyi başda olmaqla, millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara təcili şəfa diləyirəm", - deyə Ərdoğan yazıb.
Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, 1015-dən çox insan yaralanıb.
Pərvanə Sultanova
Azvision.az