Çindən qayıdan 11 nəfər karantinə alındı

Çindən qayıdan 11 nəfər karantinə alındı
  25 Yanvar 2020    Oxunub:2620
Hindistanda Çindən qayıdan 11 nəfərə koronavirus şübhəsi ilə karantin tətbiq edilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan yeddi nəfərdə yüngül simptomlar aşkarlanıb və ehtiyat tədbir olaraq təcrid olunmuş vəziyyətdə həkim nəzarəti altında saxlanılırlar.

Daha əvvəl, Mumbay səlahiyyətliləri yüngül öskürək və soyuqdəymə simptomları ilə Çindən gələn iki nəfəri təcrid etdiklərini bildiriblər. Digər iki nəfər isə Banqalor və Heydərabad şəhərlərində nəzarətə alınıb.

Son məlumatlara görə, Çində koronavirusdan 41 nəfər ölüb, bu xəstəliyə yoluxanların sayı 1287 nəfərə çatıb. Çin hakimiyyəti rəsmi olaraq virusun insandan insana ötürüldüyünü təsdiqləyib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: koronavirus   Hindistan   Karantin  





Xəbər lenti