Erməni KİV-i: “Paşinyan bütün “qırmızı xətləri” dağıtdı”

 Erməni KİV-i:  “Paşinyan bütün “qırmızı xətləri” dağıtdı”
  25 Yanvar 2020    Oxunub:2978
Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın mənzilində axtarış aparılması ilə Nikol Pashinyan nəinki "qırmızı xətt"ə daxil oldu, onu tamamilə dağıtdı.
Azvision.az xəbər verir ki, bu barədə “168 jam" nəşri yazıb.

Qeyd edilib ki, Paşinyan bununla misli görünməmiş bir addıma imza atdı. Hrayr Tovmasyanın da dediyi kimi, son 200 il və ya daha çox müddətdə dünya tarixində ən yüksək məhkəmə orqanının rəhbərinin cinayət məsuliyyətinə cəlb olunduğu bir hadisə baş verməyib.

“Bu, "qırmızı xətlərin" məhv edilməsi bir çox kritik nəticələrə səbəb olur və bunlardan ən vacibi olanı isə dövlətin öz mövcudluğunu dayandırmasıdır. Dövlətin əsas vəzifəsi məhz bu "qırmızı xətləri" çəkmək və onları müşahidə etməkdir. Həmin xətləri çirkləndirmək və dağıtmaqla Nikol Paşinyan dövlətin bütün funksiyalarını və meyarlarını məhv edir.

Yeri gəlmişkən, bunun başqa bir sübutu dünənki çoxsaylı vacib problemlərin müzakirə olunduğu parlamentdə "quzuların susması" idi, Müxalifət bir daha müxalifət olduğunu yüksək səslə sübut etməyə çalışdı, amma bu hay-küyün içində özünün ölümünü hiss etmədi", - deyə qəzet yazıb.

Pərvanə Sultanova
Azvision.az .



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti