Putinin köməkçisi vəzifəsindən ayrıldı

Putinin köməkçisi vəzifəsindən ayrıldı
  25 Yanvar 2020    Oxunub:2414
Rusiya Prezidentin köməkçisi Vladislav Surkov dövlət qulluğundan ayrılıb.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, politoloq Aleksey Çesnakovun sözlərinə görə, Surkovun qərarı Ukrayna istiqamətində kursun dəyişməsi ilə əlaqədardır.
"Növbəti ay ərzində meditasiya ilə məşğul olacaq. Bundan sonra qərarının səbəbləri və gələcək planları barədə məlumat verəcəyini vəd edib", - deyə bildirilib.

Qeyd edək ki, Surkov 2013-cü ilin sentyabrında prezident köməkçisi vəzifəsində çalışmağa başlayıb. O, Abxaziya və Cənubi Osetiya məsələsini kurasiya edib, son illərdə Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə də məşğul olub. "Normand formatı"nın (Rusiya, Fransa, Almaniya və Ukrayna) işində ekspert səviyyəsində iştirak etib.

Bundan əvvəl, 2011-ci ilin dekabrından Surkov hökumət başçısının müavini, 2012-ci ilin mayından 2013-cü ilin mayına qədər hökumət aparatının rəhbəri vəzifələrində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin   Surkov  





Xəbər lenti