“Sumqayıt” klubu “Şaxtyor”a 4 qol vurdu

  25 Yanvar 2020    Oxunub : 2139
“Sumqayıt” klubu “Şaxtyor”a 4 qol vurdu
Bu gün "Sumqayıt" futbol klubu Antalyada son yoxlama oyununu keçirib.
Azvision.az xəbər verir ki, Ayxan Abbasovun komandası Qazaxıstanın "Şaxtyor" klubuna qarşı gücünü sınayıb. Yoxlama oyunu "Sumqayıt"ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Amil Yunanov dubla imza atıb. Digər qolları isə Əmir Ağayev və Rəhim Sadıxov vurub.

Azvision.az

Teqlər: Sumqayıt   Şaxtyor