Türkiyədə zəlzələdə ölənlərin sayı 29 nəfərə çatdı

  25 Yanvar 2020    Oxunub : 2285
Türkiyədə zəlzələdə ölənlərin sayı 29 nəfərə çatdı
Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı 1466 nəfər xəsarət alıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

İndiyədək 43 nəfər dağıntılar altından xilas edilib. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, ötən gün axşam saatlarında Türkiyənin Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 6.75 kilometr dərinliyində yerləşir. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ