Merkeldən də olimpiada boykotu

Merkeldən də olimpiada boykotu
  23 Dekabr 2013    Oxunub:1107
Angela Merkel də olimpiadaya qatılmayacaq.
Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına Almaniya Kansleri Angela Merkel də qatılmayacaq. AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Almaniya Prezidenti Yoahim Qaukun da olimpiadaya qatılmayacağı açıqlanmışdı.

Gələn ilin 7-23 fevral tarixlərində keçiriləcək dünya yarışmasında Almaniyanı daxili işlər naziri Tomas de Matsire təmsil edəcək.
Prezident və Kanslerin Rusiyaya getməməsinə səbəb kimi RF-dəki insan haqları vəziyyəti və eyni cinsli nikahlarla bağlı qadağalar göstərilir.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Fransua Ollandın da Soçiyə getməyəcəyi açıqlanmışdı.


Teqlər:





Xəbər lenti