Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır

Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
  27 Yanvar 2020    Oxunub:2834
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” əsərinin məşqləri gedir.
Azvision.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Zaur Əliyev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Səməd Süleymanlıdır.

Səhnə əsərində rolları Əmrah Dadaşov, Ruslan Mürsəlov (Zuriko), Əməkdar artist Almaz Ələsgərli və Gülnarə Abdullayeva (Olqa nənə), Əməkdar artist Ələkbər Əliyev və Əliməmməd Novruzov (İliko), Əməkdar artist Əzizağa Əzizov (İllarion), Nərmin Əliyeva və Zinyət Qurbanova (Meri), Zaur Əliyev (Romuli), Elxan İsmayılov və Elçin İmanov (kənd həkimi), Əməkdar artist Nahidə Orucova və Gülcahan Salamova (Marta xala), Fərid Rzayev və Şaban Cəfərov (Otar), Gültac Əlili və Eleonora Mustafayeva (Tsira), Əməkdar artist Çingiz Əhmədov və Ağaxan Şərifov (göz həkimi), Rauf Babayev və Hüseyn Əlili (kənd müəllimi), Elnur Zeynalov (kəndli oğlan) ifa edəcək. Xor və balet artistlərinin də iştirak edəcəyi səhnə işində əsərin ana ideyasının müasir zamanla inikasına nail olunacaq. Ən azı rejissorun quruluş həllində bu istəyi görünür.

“Mən, nənəm, İliko və İllarion” romanı N.Dumbadzenin avtobioqrafik əsərlərindən sayılır. Yetim uşaq Zuriko kənddə nənəsi və qonşuları İliko və İllarionla birlikdə yaşayır. Böyük Vətən müharibəsi illərində öz yaxınlarını cəbhədə itirmələrinə, çətin və ağır şəraitdə yaşamalarına baxmayaraq, bu insanlar hələ də gülməyi, sevinməyi və həyata ironiya ilə baxmağı bacarırlar.

Azvision.az



Teqlər: Teatr  





Xəbər lenti