Əfqanıstanda azı 10 polis qətlə yetirilib

  28 Yanvar 2020    Oxunub : 1215
Əfqanıstanda azı 10 polis qətlə yetirilib
“Taliban” radikal qruplaşmasının hücumu nəticəsində azı 10 əfqan polisi öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb. Hadisə Əfqanıstanın şimal-şərqindəki Bağlan əyalətində baş verib.

“Pajvak” agentliyi isə 18 nəfərin öldüyünü yazıb. Hücumun təfərrüatları barədə hələlik məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Əfqanıstan   Polis