Koronavirusa yoluxan 976 nəfərin vəziyyəti ağırdır

  28 Yanvar 2020    Oxunub : 1353
Koronavirusa yoluxan 976 nəfərin vəziyyəti ağırdır
Çində koronavirusa yoluxanların sayı 4,5 min nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. İndiyədək virusdan ölənlərin ümumi sayı 106 nəfərdir.

Məlumata görə, 976 nəfərin vəziyyəti ağırdır, virusa yoluxması ehtimal olunan daha 6973 nəfər qeydə alınıb. 44.000 insan isə virus xəstələri ilə təmasda olduqları üçün hazırda müşahidə altındadırlar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus   Çin