Opera səhnəmizdə fevralda nələr olacaq - CƏDVƏL

Opera səhnəmizdə fevralda nələr olacaq -    CƏDVƏL
  28 Yanvar 2020    Oxunub:4504
Yanvarın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli fransız bəstəkarı Jorj Bizenin "Karmen" operasının növbəti tamaşası keçirilib. Anşlaqla baş tutan tamaşada Karmen partiyasını Teatrın aparıcı solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Fidan Hacıyeva ifa edib.
Tamaşada çoxlu sayda yaradıcı ziyalılar, xarici vətəndaşlar, diplomatlar və bomond iştirak edib. Vokalçıların parlaq ifaları, zəngin dekorasiya və kostyumlar böyük təəssürat doğurub. Teatrın baş dirijoru, Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevin idarə etdiyi orkestrin yüksək professional ifası və nəhayət operanın möhtəşəm musiqisi tamaşanı daha baxımlı edib.

Fevral ayında da Opera və Balet Teatrı bir sıra maraqlı əsərləri səhnəyə qoyacaq. Teatrının repertuarını operasevərlərə təqdim edirik:




Teqlər: Opera   Balet  





Xəbər lenti