Ermənistan yeni Su-30SM qırıcıları alacaq

Ermənistan yeni Su-30SM qırıcıları alacaq
  28 Yanvar 2020    Oxunub:2293
Ermənistan tezliklə çoxfunksiyalı müasir Su-30SM qırıcılarının yeni partiyasını almağa hazırlaşır.
Azvision.az erməni mətbautına istinadən xəbər verir ki, bu barədə “Erablur” hərbi panteonunda müdafiə naziri David Tonoyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, qırıcılar tezliklə tədarük olunacaq.

"Mən hərbi sirləri açıqlamayacağam, ancaq Ermənistan silahlı qüvvələri öz hərbi arsenalını on faiz artırıb”, - deyə Tonoyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti