“Soros”la mübarizə aparan erməni fəal saxlanılıb

“Soros”la mübarizə aparan erməni fəal saxlanılıb
  28 Yanvar 2020    Oxunub:2032
İrəvanda “VETO” hərəkatının qurucusu Narek Malyan saxlanılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq deputat Miqran Akobyan bildirib.

“Repressiyanın yeni mərhələsi. Məşhur ictimai xadim Narek Malyan naməlum maskalar tərəfindən oğurlanıb”, - deyə məlumatda bildirilib.

Hüquq müdafiəçisi Ruben Melikyan isə Malyanın polis tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə aparıldığını deyib.

Malyan İrəvanda Soros Fondunun mövcudluğuna qarşı mübarizə aparıb. Fondun İrəvandakı rəhbəri Larisa Minasyanın ondan polisə şikayət etdiyi məlum olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Erməni  





Xəbər lenti