Rusiyada deputat və həyat yoldaşı qətlə yetirilib

 Rusiyada deputat və həyat yoldaşı qətlə yetirilib
  28 Yanvar 2020    Oxunub:3568
Rusiyanın Rostov vilayətinin Qanunvericilik Şurasının deputatı Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın yaşadıqları evdə meyitləri tapılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, meyitlərə ilkin baxış zamanı çoxsaylı kəsilmiş xəsarət izləri aşkar edilib.

Deputat və xanımının qarət məqsədilə qətlə yetirildiyi bildirilir. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Azvision.az



Teqlər: Rusiya   Deputat   Qətl  





Xəbər lenti