Sabah Hökumət hesabat verəcək

Sabah Hökumət hesabat verəcək
  14 Mart 2013    Oxunub:1440
Nazirlər Kabineti martın 15-də Milli Məclisə hesabat verəcək
AzVision.az-ın məlumatına görə, baş nazir Artur Rasizadə Milli Məclisə 2012-ci ilin hesabatını verəcək. Milli Məclisin V iclasında hökumətin son 1 illik fəaliyyətinə qiymət veriləcək.

Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir.

AzVision.az



Teqlər:  





Xəbər lenti