Dadaş Rzayev işdən çıxarılır - İDDİA
AzVision.az xəbər verir ki, Azərbaycanın keçmiş müdafiə naziri, general-mayor Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacağı barədə iddialar səslənir. Bu barədə milaz.info-ya hərbi mənbələrdən məlumat verilib. D.Rzayevlə yanaşı həmin təşkilatda rəhbər vəzifələrdə çalışan digər şəxslər – general-mayor Məhəmmədhüseyn Sarıyev və polkovnik Həsən Əmirovun da vəzifələrindən və MN-dən tutduqları ştatdan çıxarılacağı gözlənilir.
Məlumatı verən mənbə bunu Müdafiə Nazirliyinin yeni rəhbərliyinin sözügedən təşkilatda dəyişikliklər etməsi arzusu ilə əlaqələndirir.