ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Tramp bildirib ki, İsrail yeni plan əsasında fələstinlilərlə "sülhə doğru böyük addım" atır.
ABŞ Prezidentinin fikrincə, Yaxın Şərq üzrə nizamasalınma planı 80 səhifədən ibarətdir. Plana əsasən, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq.
Bundan başqa, Tramp əlavə edib ki, ABŞ Şərqi Qüdsdə fələstinlilər üçün öz səfirliyini açacaq.
Azvision.az