Mnatsakanyan həmsədrlərlə görüşüb

Mnatsakanyan həmsədrlərlə görüşüb
  29 Yanvar 2020    Oxunub:2305
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şeferlə (ABŞ) görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Xatırladaq ki, bu gün Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Zöhrab Mnatsakanyanla görüşəcək. Daha əvvəl isə Cenevrədə Məmmədyarovla həmsədrlərin görüşü baş tutub.

Tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparacaqlar.

Qeyd edək ki, sonuncu dəfə nazirlər 2019-cu il dekabrın əvvəlində ATƏT Xarici İşlər Nazirlərinin Bratislavada keçirilən zirvə görüşü çərçivəsində görüşüblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN   Ermənistan   Qarabağ  





Xəbər lenti