Bir gecədə 2 maşın,3 ev yandı

  23 Dekabr 2013    Oxunub : 496
Bir gecədə 2 maşın,3 ev yandı
Azərbaycanda bir gecədə iki avtomobil və üç ev yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Zaqatala rayonu, Sumaylı kəndində (rayon mərkəzdən 8 km aralı ) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xaçmaz şəhərində ümumi sahəsi 16 kv.m olan tikilinin tavanı 8 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonu, Mehdiabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Cəlilabad rayonu, Sabirabad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 1 otağının tavanı 20 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: