Elmar Vəliyev prezidentin şərəfinə ağac əkdi - FOTO

Elmar Vəliyev prezidentin şərəfinə ağac əkdi - FOTO
  23 Dekabr 2013    Oxunub:1362
Prezident İlham Əliyevin doğum günü münasibətilə Gəncə şəhərində ağacəkmə kampaniyasına start verilib.

Bu barədə AzVision.az-a Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev deyib.

Bildirilib ki, dövlət başçısının doğum günü ilə əlaqədar kampaniya çərçivəsində ilk ağacı şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev əkib.

Prezident İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə Gəncədə Məhsəti qəsəbəsində 52 min ağac əkiləcək. Proses bu gündən başlayaraq dekabrın 30-a qədər davam edəcək.

Qeyd edək ki, bu kampaniya IDEA təşkilatı (International Dialogue for Environmental Action) və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilib. Ağaclar aqro-texniki şərtlərə əmək olunaraq damcılama suvarma sistemi ilə təchiz olunub. Son iki ildə isə Gəncədə 2 milyondan artıq ağac əkilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti