Cəbhədə atışma: düşmən susdurulub

Cəbhədə atışma: düşmən susdurulub
  23 Dekabr 2013    Oxunub:934
Erməni silahlıları müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozublar
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Nəmirli, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti