Çində koronavirusdan ölənlərin sayı 170 nəfərə çatdı

Çində koronavirusdan ölənlərin sayı 170 nəfərə çatdı
  30 Yanvar 2020    Oxunub:3344
Çində yeni növ koronavirusa (2019-nCoV) yoluxanların sayı 7711 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, indiyədək 170 nəfər epidemiya nəticəsində ölüb. Virusa yoluxanlardan 1370 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Xəstələrin yarıdan çoxu Hubey əyalətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti