Azərbaycan Uruqvayda diplomatik nümayəndəlik açır

Azərbaycan Uruqvayda diplomatik nümayəndəlik açır
  23 Dekabr 2013    Oxunub:976
Azərbaycan Uruqvayın paytaxtı Montevideoda diplomatik nümayəndəlik açır. Hazırda Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə bağlı işlər aparılır. Bu barədə Azərbaycanın Argentinada, eləcə də Uruqvayda akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə Uruqvay xarici işlər naziri Luis Almaqro və bu ölkənin digər rəsmiləri ilə görüşündə bildirilib.

Trend-in məlumatına görə, xəbər Uruqvay XİN-in rəsmi saytında dərc olunub.

Məlumatda deyilir ki, Montevideoda Azərbaycanın diplomatik missiyasının açılması ilə iki ölkənin münasibətlərində yeni mərhələ başlayır.


Teqlər:





Xəbər lenti