Cenevrədə Qarabağ danışıqlarının növbəti raundu

Cenevrədə Qarabağ danışıqlarının növbəti raundu
  30 Yanvar 2020    Oxunub:4800
Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında danışıqların növbəti raundu keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan “Twitter”də yazıb.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə keçirilən görüşü 7 saat davam edib. Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış ediblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN   Cenevrə   Qarabağ  





Xəbər lenti