Matəm şoumeni - VİDEOBLOQ

   Matəm şoumeni -    VİDEOBLOQ
  01 Fevral 2020    Oxunub:11380
Özünü radikal müxalifətin "xaç atası" kimi aparan AXCP sədri Əli Kərimli gündəmdə qalmaq, diqqətləri üzərinə çəkmək üçün insanın ağlına belə gətirə bilməyəcəyi yollara əl atır. Dəfələrlə onun ssenari müəllifi olduğu siyasi oyunların şahidi olmuşuq. Nədənsə mövzular müxtəlif olsa da, Əli Kərimlinin hazırladığı şouların sonluğu eyni olur - yalanı üzə çıxır, maskası cırılır.

Saysız-hesabsız ifşalara rəğmən, yenə oyunbazlıqdan əl çəkməyən bloger-partiya sədri sonuncu tamaşasını 20 Yanvar faciəsinin ildönümü günü Şəhidlər Xiyabanında göstərdi.
Həmin gün nələr baş verdi? Əli Kərimli özünü matəm şoumeni kimi necə göstərdi?

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədovun təqdim etdiyimiz növbəti videobloqunda bu suallara cavab tapa bilərsiniz.



Azvision.az



Teqlər: Əli-Kərimli   20-Yanvar   Matəm  





Xəbər lenti