Makron Qarabağ separatçılarını məyus edən tapşırıq verdi

Makron Qarabağ separatçılarını məyus edən tapşırıq verdi
  30 Yanvar 2020    Oxunub:3158
Fransada Dağlıq Qarabağla bağlı proqramlar həyata keçirilə bilər və bunun da yolları var.
Azvision.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatlarının Koordinasiya Mərkəzində (CCAF) təşkil olunan mərasimdə deyib. Makron çıxışında bildirib ki, Fransanın inzibati vahidləri tanınmamış ərazilərlə, eləcə də Qarabağdakı rejimlə qanuni münasibət qura bilməz:

"Mən sizi aldadıb deyə bilərəm ki, istədiyiniz qurumla sənəd imzalaya bilərsiniz. Ancaq mən sözlərimə görə cavabdehəm. Buna görə də sizinlə vicdanlı olmalıyam. Fransada bir neçə paralel diplomatiya ola bilməz. Bu, qanuni olaraq mümkün deyil. Diplomatiya yalnız vahid şəkildə ola bilər. Və bu mövzuda dürüst olmaq, sizin qarşınızda ikiüzlü olmaqdan daha yaxşıdır. Buna görə şəhər rəhbərliyi öz qərarlarını verir, məhkəmələr də öz qərarlarını çıxarır", - deyə Makron əlavə edib.

Fransa Prezidentinin sözlərinə görə, qeyd olunan məsələ nəinki Qarabağda, dünyanın başqa yerlərində də tanınmayan ərazilərə aiddir.

Xatırladaq ki, bir müddət əvvəl Fransa məhkəmələri bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimlə imzalanmış bir neçə "dostluq xartiyası"nı ləğv edib. Makron bugünkü çıxışında açıq şəkildə Fransanın inzibati vahidlərini Qarabağ separatçıları ilə əlaqə qurmamağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Qarabağ  





Xəbər lenti