Hesablama Palatası Səhiyyə Nazirliyini yoxladı

Hesablama Palatası Səhiyyə Nazirliyini yoxladı
  23 Dekabr 2013    Oxunub:862
Hesablama Palatası bəzi dövlər müəssisələrində yoxlamalar aparıb

Hesablama Palatasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dekabr ayının 20-də keçirilən palatanın Kollegiya iclası keçirilib. İclasda dövlət büdcəsindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutuna, dövlət büdcəsindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı şəhər Klinik Xəstəxanasına, Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, habelə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri üzrə Hesabat və Rəylər müzakirə edilərək təsdiq olunub.

Kollegiya iclasında, həmçinin, Azərbaycan Respublikası Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə Kollegiya qərarlarının icra vəziyyəti ilə bağlı məsələyə də baxılmış, müvafiq tövsiyə və tapşırıqlar verilib.



Teqlər:  





Xəbər lenti